"Sabah"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının 3-cü turunda növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, təmsilçimiz Almaniyanın "Borussiya" (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
"Bank Respublika Arena"da keçirilən görüş almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah" hər üç matçda məğlub olub və hazırda 35-ci pillədədir.
saytlarin hazirlanmasi
