Qarşısına Premyer Liqaya çıxmaq hədəfi qoyan "Səbail" klubu fəaliyyətini peşəkar qurmaq istiqamətində ciddi addım atıb. Sportal.az saytının əldə etdiyi məlumata görə, klubun Sakautinq Departamenti yaradılıb.
Burada yerli mütəxəssislə yanaşı, İspaniya, Portuqaliya və Seneqaldan olan skautlar çalışır. Məqsəd əcnəbi futbolçuların yalnız müxtəlif platformalardakı görüntülərini izləməklə yox, skautların oyunlarda onlara əyani baxaraq raport hazırlamasıdır.
Mövqelər üzrə uyğun futbolçuların geniş siyahısı hazırlandıqdan sonra, skautların klubun Bakıdakı ofisində bir araya gəlib həmin legionerlərlə bağlı yekun qərar verməsi planlaşdırılıb. Yeri gəlmişkən, "Səbail"in bu mövsüm heyətinə qatdığı legionerlərdən 5-i məhz Skautinq Departamenti tərəfindən seçilib.
Qeyd edək ki, "Səbail" 5 turdan sonra 11 xalla 3-cü pillədə qərarlaşıb. İlk iki yerdə olan "Şahdağ Qusar" və "Gəncəbasar"ın 12 xalı var.
