Millimizin üzvünün komandası xal itirdi

00:24 - 19 Oktyabr 2026

Macarıstan çempionatında 10-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi "Kişvarda" öz meydanında "Ferentsvaroş"la 1:1 hesablı heç-heçə edib.

Anatoli Nuriyev bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, bu nəticədən sonra aktivindəki xalların sayını 11-ə çatdıran "Kişvarda" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti