Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, ölkəmiz yarışda 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunacaq.
Ümumilikdə 23 nəfərlik heyətdə 13 idmançı ilə yanaşı, 8 məşqçi, 1 missiya rəhbəri və 1 həkim də yer alacaq.
Rəsmi açılış mərasimi oktyabrın 31-də, bağlanış tədbiri isə noyabrın 13-də keçiriləcək.
Çimərlik güləşi: Günel Kərimli (55 kiloqram), Tunar Quliyev (70 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (90 kiloqram);
Üzgüçülük: Süleyman İsmayılzadə, Məryəm Cavadova;
Taekvondo: Zəhra İsayeva (44 kiloqram), Adil Kazımlı (73 kiloqram);
Boks: Gülər Hüseynova (51 kiloqram);
Qılıncoynatma: Abbas Hüseynov;
Şosse velosipedi: Nihad Xudoyev;
Cüdo: İbrahim Talıbov (55 kiloqram);
Yüngül atletika: Daniil Şuvayev.
saytlarin hazirlanmasi
