Azərbaycan yığması üçüncülük uğrunda matçda uduzdu

19:48 - 16 Oktyabr 2026

Minifutbol üzrə Azərbaycan U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncülük uğrunda matça çıxıb.

Sportal.az xəbər verir ki, İlkin Hacıyevin rəhbərlik etdiyi kollektiv Macarıstan millisinə uduzub.

Görüşün əsas vaxtı qolsuz heç-heçə ilə bitib. Penaltilər seriyasında isə macarlar 3:2 qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Rumıniyaya 0:2 hesabı ilə uduzub. Yığma daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Çexiya komandalarını 4:2, Slovakiya seçməsini isə 3:2 hesabı ilə məğlub edib. Rumıniya ilə görüş isə 3:3 hesabı ilə başa çatıb.

Xəbər xətti