Almaniyanın “Borussiya” (Dortmund) klubu Çempionlar Liqasının 3-cü turunun “Sabah”la oyunu üçün Bakıya səfər edəcək.
Sportal.az xəbər verir ki, Dortmund klubu oktyabrın 18-də, bazar günü axşamı Azərbaycan paytaxtına təşrif buyuracaq.
Almanlar həmçinin səfər oyunu üçün 2755 bilet sifariş ediblər.
"Sabah" - "Borussiya" matçı oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və oyuna saat 20:45-də start veriləcək.
