Azər Məmmədov: "Ağlamaq fikirim yoxdur"

21:07 - 18 Oktyabr 2026

"Kəpəz" Misli Premyer Liqasının VIII turunda Gəncə şəhər stadionunda "Zirə"lə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Bir məşqçi kimi kənardan onların dəstəyini hiss edirəm. Komandamla fəxr edirəm. Yaxşı iş görməyə çalışırlar. Heyətdə ciddi itkilərimiz var idi. Buna baxmayaraq komanda pis təsir bağışlamadı. Bu gün çox güclü komandaya qarşı oynadıq. Düşünürəm ki, nəticə pis deyil, 1 xal qazandıq.

- Stadionda sizin futbolçu vaxtınızda olan atmosfer yaxşı idi, yoxsa indiki?

- Biz oynayan vaxtlarda "Kəpəz" həmişə  yüksək yerlər üçün mübarizə aparıb. Ona görə də azarkeş sayı çox idi. İndi fərq odur ki, hazırda komanda yüksək yerlər uğrunda oynamır. Ona görə də bu gün bura bu qədər azarkeşin gəlməsi uğurdur. "Kəpəz" gələcəkdə yüksək yerlər uğrunda oynasa, stadionda yer çatmayacaq.

- Komandanız sanki meydana 1 xal üçün çıxmışdı...

- Çalışırdıq ki, 1:0 hesablı üstünlüyü qoruyaq. Amma adi səhvdən qol buraxdıq.

- Komandanınızın hədəfi nədir?

- 3 il əvvəl də burada idim. Həmin vaxt maliyyə daha az idi. "Sabah" Çempionlar Liqasında iştirak etdiyi üçün bizə də müəyyən qədər maliyyə gəldi. Bilirəm ki, bura hansı büdcəyə gəlmişəm. Ağlamaq fikirim yoxdur, sadəcə həqiqətləri demək istəyirəm. Rəhbərliklə danışığımız olub ki, hədəf Prremyer Liqada qalmaqdır. Daha yuxarı pillələrə yüksəlmək şansımız varsa, niyə də istəməyək?

- Rəhbərlik qış "transfer pəncərəsi" ilə bağlı nə düşünür?

- Bizim müəyyən büdcəmiz var. Heyətə 11 legionar cəlb etmişik. Ona görə də 1 legioner gətirmək şansımız var. Bilirsiz ki, 12-dən çox legioner olanda əlavə rüsum ödənilməlidir. Bu da bizim kimi klublar üçün çətindir. Qışda bir legioner hücumçu gətirmək istəyirəm. Yerli futbolçulardan istədiyim kimsə gəlmək istəsə, bundan məmnun olaram.

- Dioqo Verdaska yaşıl meydanlara nə vaxt qayıdacaq?

- Hazırda fərdi məşq edir. Artıq komanda ilə məşqlərə qoşulmasına az qalıb.

Elçin Əlixan

Xəbər xətti