"Sabah"ın futbolçusu Velko Simiç Sportal.az saytına müsahibə verib.
- Böyükhesablı qələbə qazandız. Fikirlərin nədir?
- Birinci hissədə oyuna nəzarəti tam ələ ala bilmədik. Lakin ikinci yarıda olduqca yaxşı çıxış etdik. Matça nəzarəti ələ keçirdik və qalib gəldik. Komandamızı təbrik edirəm.
- Qarşıdan "Borussiya" (Dortmund) ilə ÇL matçı gəlir. Gözləntin nədir?
- Çempionlar Liqasında növbəti böyük oyunumuzdur. Bu cür matçlarda oynamaq bizim üçün yenidən böyük zövq olacaq. "Borussiya"nın nə qədər güclü rəqib olduğunun fərqindəyik, amma inanıram ki, şansımız çoxdur və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- "Slaviya", yoxsa "Borussiya" – Hansına qarşı oynamaq daha rahat və ya asandır?
- Məncə, olduqca fərqli komandalardır, bilirsiniz. "Slaviya" həqiqətən mürəkkəb komandadır, fərdi, birəbir mübarizə aparırlar.
- Komandaları ad olaraq nəzərdə tuturam...
- Yaxşı, tutaq ki, "Borussiya" daha böyük addır, amma Çempionlar Liqasında bu, o qədər də vacib deyil. Bütün komandalar həqiqətən yüksək keyfiyyətə malikdir və hər biri ilə oynamağa hazır olmalısan.
- Bu oyunda sizə nə kömək edə bilər? Doğma meydan amili, azarkeşlər, yoxsa şans?
- Əlbəttə, möhtəşəm azarkeş dəstəyi önündə, evdə oynamaq bizim üçün böyük üstünlükdür. Lakin matçın taleyini meydana çıxan 11 futbolçu həll edir. Meydança amilinin bizə kömək edəcəyinə inana bilmərik. Performansımız ən yüksək səviyyədə olmalıdır.
- "Borussiya" ilə fiziki olaraq oynamaq barədə düşünmüsünüzmü? Çünki rəqib Bundesliqada çıxış edir...
- Elədir, amma inanıram ki, biz də sürətli və güclüyük. Ona görə də inanıram ki, bunun öhdəsindən gələ bilərik.
Elçin Əlixan
saytlarin hazirlanmasi
