Misli Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Neftçi” oyunu ərəfəsində və oyundan sonra hər iki komandanın azarkeşləri arasında insident yaranıb.
Sportal.az APA-ya istinadən xəbər verir ki, insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.
saytlarin hazirlanmasi
