"Gəncəbasar"dan sponsorluq müqaviləsi

19:42 - 17 Oktyabr 2026

I Liqada mübarizə aparan "Gəncəbasar" "Thornhill Enterprises" şirkəti ilə sponsorluq anlaşması bağlayıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub qeyd edib ki, bu əməkdaşlıq sadəcə bir maliyyə dəstəyi deyil, futbolun inkişafı istiqamətində gələcəyə yönəlmiş böyük hədəfləri birləşdirən strateji bir addımdır.

Razılaşmaya əsasən, sponsor şirkətin loqosu klubun rəsmi sosial media hesablarındakı paylaşımlarda və komandanın oyun formalarında yer alacaq.

Xəbər xətti