Futbol üzrə Rusiya I Divizionunda XIV turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Soçi" səfərdə "Rotor"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil də qələbənin iştirakçısı olub. 30 yaşlı forvard 83-cü dəqiqədə meydana daxil olub.
Xallarını 29-a yüksəldən "Soçi" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
