Toral Bayramov matçın sonlarına yaxın meydana daxil oldu

23:31 - 19 Oktyabr 2026

Türkiyə I Liqasında XI turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Pendikspor"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Toral bu matçın 77-ci dəqiqəsində meydana daxil olub.

10 turdan sonra 25 xal toplayan "Bursaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti