"Bavariya"nın zədəli futbolçusu bu ayın sonunda meydanlara dönə bilər

00:16 - 20 Oktyabr 2026

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala sentyabr ayında Almaniya millisinin düşərgəsində aldığı bud zədəsindən sonra yaşıl meydanlara qayıtmağa yaxındır.

Sportal.az xəbər verir ki, Musiala UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Arsenal”a və Bundesliqanın 7-ci turunda “Frayburq”a qarşı keçiriləcək oyunları buraxacaq.

23 yaşlı yarımmüdafiəçinin oktyabrın 28-də Almaniya Kubokunda “Maqdeburq”a və ya oktyabrın 31-də Bundesliqada Dortmund “Borussiya”sına qarşı keçiriləcək matçda meydana qayıtması mümkündür.

Xatırladaq ki, Musiala sentyabr ayında Almaniya millisinin düşərgəsində olarkən zədələnib. Tibbi müayinələr nəticəsində futbolçunun bud əzələsində qismən yırtıq aşkarlanıb.

Musiala 2026/27 mövsümündə “Bavariya”nın heyətində bütün turnirlər üzrə 4 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti