"Sabah"ın rəqibi futbolçusu üçün 100 milyon avro tələb edir

16:30 - 20 Oktyabr 2026

"Borussiya"nın yarımmüdafiəçisi Feliks Nmeça karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" almaniyalı oyunçunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.

"Qırmızı şeytanlar" Nmeça üçün Bundesliqa klubu ilə ilkin danışıqlara başlayıblar. Dortmund təmsilçisi 26 yaşlı futbolçu üçün təxminən 90-100 milyon avro təzminat tələb edir.

"Borussiya" Feliks Nmeçanı 2023-cü ilin yayında "Volfsburq"dan 30 milyon avroya transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə "sarı-qaralar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol vurub.

Qeyd edək ki, "Borussiya" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın rəqibidir. Komandalar arasındakı oyun bu gen Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Xəbər xətti