"Qalatasaray" Çempionlar Liqası oyununa ciddi itki ilə çıxacaq

17:11 - 20 Oktyabr 2026

"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində səfərdə "Lil"in qonağı olacaq. 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi oyuna ciddi itki ilə çıxacaq. ​Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rafael Leao səfər matçında komandaya kömək edə bilməyəcək. Portuqaliyalı vinger kollektivlə birlikdə Fransaya aparılmayıb. O, Super Liqanın VIII turunun "Gənclərbirliyi" ilə görüşündə (1:0) zədələnib.

"Qalatasaray" Rafael Leaonu bu ilin avqustunda "Milan"dan 38 milyon avroya transfer edib. 27 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

​Qeyd edək ki, "Lil" - "Qalatasaray" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Xəbər xətti