"Qarabağ" 5000, "Neftçi" 3700 manat cərimələndi

17:57 - 20 Oktyabr 2026

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının VIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

16.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı”– “Şəfa” oyununun 85-ci dəqiqəsində “Şamaxı” komandasının məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

16.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı”– “Şəfa” oyununda “Şəfa” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

16.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Sumqayıt”– “Araz-Naxçıvan” oyununun 86-cı dəqiqəsində “Araz-Naxçıvan” komandasının 9 nömrəli futbolçusu Ağadadaş Salyanskiy ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Qarabağ”– “Neftçi” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Qarabağ”– “Neftçi” oyununda “Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Qarabağ”– “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Qarabağ”– “Neftçi” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” komandasının mətbuat katibi Asəf Zeynallı tərəfindən stadiona kiçik zərər vurulduğuna, dəymiş zərər yerində ödənildiyinə görə Asəf Zeynallıya xəbərdarlıq edilsin (maddə 99, 94, 20);

18.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “İmişli”– “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Xəbər xətti