UEFA-nın rəsmi saytı Çempionlar Liqasının əsas mərhələsinin üçüncü tur matçından əvvəl əsas statistika və faktları dərc edib.
Sportal.az xəbər verir ki, Avropanın ali qurumunun saytı “Sabah”ın “Borussiya”ya qarşı keçirəcəyi görüş barədə də yazıb.
UEFA Azərbaycan çempionunun bu mövsüm təsnifat mərhələsinin oyunları da daxil olmaqla, avrokuboklarda 5 matçın hamısında qalib gəldiyini xüsusi qeyd edib.
Qeyd edək ki, "bayquşlar"ın 24 Avropa oyununun heç biri qolsuz heç-heçə ilə başa çatmayıb. Maraqlıdır ki, Dortmund klubunun da Çempionlar Liqasında son 57 səfər oyununda 0:0 qeydə alınmayıb.
Eyni zamanda, "Borussiya"nın Azərbaycan klublarına qarşı müsbət rekordu var. Bu matçdan əvvəl almanlar Azərbaycan komandalarına qarşı dörd oyunun hamısında qalib gəliblər - "Qarabağ"ı (4:0, 1:0) və "Qəbələ"ni (3:1, 4:0). Lakin Dortmund Çempionlar Liqasında son dörd səfər oyununda məğlub olub.
“Sabah" - "Borussiya" matçı bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.
