"Neftçi"nin sabiq futbolçusu Azərbaycana gəlmədi, ölkəsində qaldı - FOTO

11:47 - 20 Oktyabr 2026

“Neftçi”nin sabiq futbolçusu Sabir Buqrin karyerasını Mərakeşdə davam etdirəcək.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan klublarından gələn təklifi geri çevirib.

O, ölkəsində qalmağa qərar verib. Buqrin “Marrakeş”lə anlaşıb.

30 yaşlı futbolçu 2020-2022-ci illərdə “Neftçi”nin formasını geyinib. Sabir son olaraq “Raja Kasablanka”da oynamışdı.

Xəbər xətti