Gürcüstan millisinin sabiq kapitanı vəfat etdi

21:36 - 21 Oktyabr 2026

Gürcüstan millisinin sabiq kapitanı Georgi Nemsadze 54 yaşında vəfat edib.

Sportal.az xəbər verir ki, bu barədə bu gün Gürcüstan Futbol Federasiyası məlumat yayıb.

Nemsadze 1992-ci ildə Gürcüstan millisində debüt edib. O, milli komandanın heyətində 69 oyun keçirərək bu göstərici üzrə ən çox matça çıxan 10 futbolçu sırasına daxil olub.

Georgi Nemsadze karyerası ərzində “Quriya”, Tbilisinin “Dinamo”, “Şevardeni” və “Lokomotiv”, həmçinin “Hamburq”, “Trabzonspor”, “Qrashopper”, “Reccana” və “Dandi” klublarında çıxış edib.

Xəbər xətti