PSJ Çempionlar Liqasının 3-cü turunda “Barselona”nı 4:2 hesabı ilə məğlub edərək katalonların 11 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub.
Sportal.az xəbər verir ki, bu görüşdə parislilərin ilk qolunu vuran Dezire Due görüşlə bağlı danışıb:
“Bilirdik ki, bu, yüksək səviyyəli matç olacaq. Çətinliklərin öhdəsindən gəldik və əla futbol oynadıq. Şanslarımızdan yararlandıq. Məqsəd onlardan daha çox qol vurmaq idi, çünki bilirdik ki, “Barselona” da qol vura bilər. Onlar keyfiyyətli rəqibdir, amma biz qalib gəldik və bu, fantastikdir. Keyfiyyətlərimizi bilirik və istənilən anda - buraxdığımız qoldan dərhal sonra və ya öz qolumuzdan sonra - qol vura biləcəyimizi bilirik. Bu gün bunu yaxşı etdik”.
Qeyd edək ki, PSJ 9 xalla turnir cədvəlində liderdir. “Barselona” isə altı xala sahibdir.
