"Barselona" "Real"la oyuna ciddi itki ilə çıxacaq

19:59 - 21 Oktyabr 2026

"Barselona"nın heyətində ciddi itki baş verib. 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Dani Olmo sıradan çıxıb. İspaniyalı futbolçu UEFA Çempionlar Liqası liqa mərhələsinin III turunun PSJ ilə səfər maçında (2:4) zədələnib. Olmonun sol ayaq əzələsində zədə aşkarlanıb.

27 yaşlı hücumameyilli yarımmüdafiəçi təxminən 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə onun həftəsonu (26 oktyabr) "Real"la keçiriləcək "El-Klasiko"da iştirak etməyəcəyi deməkdir.

Qeyd edək ki, "Barselona" Dani Olmonu 2024-cü ilin yayında "Leyptsiq"dən 61 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti