"Fənərbaxça"nın Superliqanın 8-ci turunun "Qalatasaray"la oyunundan öncə itkiləri açıqlanıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi derbidə Marko Asensionun xidmətindən yararlana bilməyəcək. 29 yaşlı futbolçu sol dizindən əməliyyat olunub. Onun təxminən 3 aya sıraya dönəcəyi gözlənilir.
Onunla yanaşı, Natan Ake də "Qalatasaray"a qarşı oynaya bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat verib.
Ake də 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Qalatasaray” – “Fənərbaxça” görüşü oktyabrın 26-da baş tutacaq.
saytlarin hazirlanmasi
