"Ayntraxt"ın yarımmüdafiəçisi Can Uzan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.
London nəhəngi Can üçün Almaniya klubu ilə ilkin danışıqlara başlayıb. "Qırmızı-qara-ağ"lar 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 60 milyon avro tələb edirlər.
Gənc oyunçu ilə "Aston Villa", "Everton" və "Brayton" da yaxından maraqlanır.
Qeyd edək ki, "Ayntraxt" Can Uzunu 2024-cü ilin yayında "Nürnberq"dən 13 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
