Yamal "Qızıl top" mərasiminə "Barselona" nümayəndə heyətindən ayrı yollanacaq

20:59 - 22 Oktyabr 2026

"Barselona"nın futbolçusu Lamin Yamal "Qızıl top"un təqdimat mərasiminə klubun rəsmi nümayəndə heyətindən ayrı şəkildə getməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, 19 yaşlı vinger ailəsi və yaxın ətrafı ilə səyahət etmək üçün xüsusi təyyarə icarəyə götürüb. Bu barədə COPE radiosu məlumat yayıb.

Futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından birinin təqdim olunacağı təntənəli mərasim oktyabrın 26-da Londonda keçiriləcək.

Yamal ötən il də oxşar səyahət üsuluna üstünlük vermişdi. Həmin vaxt o, Parisdəki mərasimə təxminən 25 nəfərlik heyətlə - qohumları, dostları, nümayəndələri və kommunikasiya agentliyinin əməkdaşları ilə birlikdə gəlmişdi.

Xəbər xətti