I Liqada VI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün MOİK Binə qəsəbə stadionunda "Karvan-Yevlax"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 13-ə yüksəldən MOİK turnir cədvəlinin III pilləsində qərarlaşıb. 10 xalı olan "Karvan-Yevlax" isə V yerdədir.
MOİK - "Karvan-Yevlax" 3:1
Qollar: E.Zamanov, 62 (pen), 82 (pen), E.Tağıyev, 74 - E.Sillas, 3
