“Turan Tovuz“ Premyer Liqanın 8-ci turunda məğlubiyyətlə üzləşdi.
Yevlaxda “İmişli“nin qonağı olan qərb təmsilçisi ilk hissədə qapısında gördüyü qolla “soyuq duş“ aldı.
Komandanın sərgilədiyi cansıxıcı oyun İdarə Heyətinin sədri Ehtiram Quliyevi məyus edib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki o, hakimin final fitini gözləmədən əsəbi şəkildə stadionu tərk eləyib. Narazı görünən rəhbər matçdan sonra paltardəyişmə otağına da enməyib.
"Bozqurdlar" bu yenilginin ardından 14 xalda qalıb. Kurban Berdiyevin çalışdırdığı kollektiv hazırda turnir cədvəlinin dördüncü pilləsində qalıb.
saytlarin hazirlanmasi
