Qubada futbol akademiyası üçün kompleks tikiləcək - "Altınordu"nun təcrübəsindən yararlanacaqlar

12:10 - 23 Oktyabr 2026

Sənədləşmə işi bitəndən sonra Qubanı təmsil edəcək "Səbail" klubunun rəhbərliyi böyük layihələrə hazırlaşır. Sportal.az-ın əldə etdiyi məlumata görə, Qubada klubun futbol akamediyası üçün böyük kompleks tikiləcək. 

Planda 4 təbii ot, 2 süni örtüklü meydança və inzibati binaların salınması nəzərdə tutulub. Bu məqsədlə Türkiyənin "Altınordu" klubu ilə görüş keçiriləcək. Quba təmsilçisi ən yaxşı futbol akademiyalarından birinə malik klubun təcrübəsindən yararlanmaq niyyətindədir. 

Qeyd edək ki, hazırda "Səbail"in U-17 və U-19 komandaları istisna olmaqla, digər bütün yaş qrupları üzrə kollektivləri liqa yarışlarında təmsil olunur. İnfrastruktur hazır olan kimi klubun bütün yaş qrupları Qubada fəaliyyət göstərəcək. 

Xəbər xətti