Bakıda FİFA U-15 dünya çempionatı və Festivalı davam edir.
Sportal.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan milli komandası AF qrupunda iki oyundan birini keçirib.
Yığma komandamız Andorranı (1:0) məğlub edib. Famil Xəlilovun komandası 19:30-da Avstraliya önünə çıxacaq.
Xatırladaq ki, dünən Azərbaycan millisi Timor-Leşteyə (6:0) qalib gəlib.
Sabah Azərbaycan İsrail (saat 11:30) və Haiti (saat 18:15) ilə qarşılaşacaq.
Birinci turdan sonra turnir cədvəli: Avstraliya və Azərbaycan - hər biri 3 xal, İsrail və Andorra - hər biri 1 xal, Haiti və Timor-Leşte - hər biri 0 xal.
saytlarin hazirlanmasi
