"Kəpəz"in ev oyunlarının bileti satışa çıxarıldı

11:22 - 25 Oktyabr 2026

"Kəpəz" klubunun növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbol həvəskarları həm Azərbaycan kuboku uğrunda yarışın II təsnifat mərhələsində "Baku Sportinq", həm də Misli Premyer Liqasının X turu çərçivəsində "İmişli"yə qarşı matçların biletlərini əldə edə bilərlər. 

Biletlər 2, 3, 5, 10 və 20 manat dəyərindədir.

Satış iticket.az saytı vasitəsilə və Gəncə şəhər stadionunun kassalarında həyata keçirilir.

Qeyd edək ki, "Kəpəz" "Baku Sportinq"i oktyabrın 28-də, "İmişli"ni isə noyabrın 1-də qəbul edəcək.

Xəbər xətti