"Tottenhem" səfərdə "Çelsi"ni məğlub etdi - VİDEO

23:46 - 24 Oktyabr 2026

“Tottenhem” ardıcıl 6 məğlubiyyətdən sonra “Çelsi” üzərində qələbə qazanıb.

Sportal.az xəbər verir ki, Roberto De Dzerbinin rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının 8-ci turunda səfərdə “Çelsi”ni 2:0 hesabı ilə məğlub edib. Bundan əvvəl “Tottenhem” London rəqibi üzərində son qələbəsini 2023-cü ilin fevralında eyni hesabla qazanmışdı.

“Tottenhem” 1986-cı ilin dekabrından bəri ilk dəfə “Stemford Bric” stadionunda “Çelsi”ni qol buraxmadan məğlub edib. Həmin vaxt da komanda Klayv Allenin dublu sayəsində 2:0 hesablı qələbə qazanmışdı.

Xəbər xətti