“Real"ın sabiq yarımmüdafiəçisi Rafael van der Vart hesab edir ki, “Qızıl top” mükafatını Madrid klubunun hücumçusu Kilian Mbappe qazanmalıdır.
Sportal.az xəbər verir ki, van der Vart öz açıqlamasında bunları qeyd edib:
“Mbappe ‘Qızıl top’u qazanmalıdır. Düşünürəm ki, hazırda o, böyük fərqlə dünyanın ən yaxşı futbolçusudur və demək olar ki, hər oyunda ən yüksək səviyyədə çıxış edir.
Bundan əlavə, o, dünya çempionatında möhtəşəm performans nümayiş etdirib. Buna görə də hesab edirəm ki, bu mükafata layiqdir”.
saytlarin hazirlanmasi
