"Barselona" "El-Klassiko"ya ciddi itki ilə çıxa bilər

22:28 - 23 Oktyabr 2026

“Barselona”nın müdafiəçisi Jül Kunde "El-Klassiko"da iştirak etməyə bilər.

Sportal.az xəbər verir ki, “Real"la oyuna 48 saat qalmış keçirilən məşqdə fransalı futbolçu komandanın digər üzvləri ilə birlikdə məşq etməyib. "Diario Sport" nəşrinin məlumatına görə, bu vəziyyət onun bazar günü “Kamp Nou”da keçiriləcək qarşılaşmada iştirakını sual altına qoyur.

Bildirilir ki, müdafiəçi meydana çıxsa da, sol topuq bağlarının dartılmasından sonra bərpa prosesini davam etdirərək fərdi proqram üzrə məşq edib. Onun vəziyyəti şənbə günü keçiriləcək məşqdən sonra qiymətləndiriləcək. Hazırda proqnozlar o qədər də nikbin deyil.

Kundenin matçın iştirak ərizəsinə daxil edilib-edilməyəcəyi ciddi sual altındadır. Klubda onun “Real"la oyuna qədər tam sağalmasını çox az ehtimal edirlər. Bununla belə, futbolçunun qarşılaşmada iştirak etməsi ehtimalı hələ tam istisna olunmur. Kundenin start heyətində meydana çıxmaq ehtimalı isə daha da aşağıdır.

Xəbər xətti