"Liverpul"un qapıçısı üçün Braziliya variantı

15:38 - 23 Oktyabr 2026

"Liverpul"un qapıçısı Alisson Beker karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Flamenqo" braziliyalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə "1News Brasil" portalı məlumat yayıb.

Alissonun Premyer Liqa nəgəngi ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan A Seriyası təmsilçisi 34 yaşlı "əlcək sahibi" ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Roma" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan 73 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda qapısında 15 qol görüb.

Xəbər xətti