"Betis"in futbolçusu Abdessamad Ezzalzuli Avropanın böyük klublarının transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, "Barselona" və PSJ mərakeşli vingeri transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Ezzalzulinin İspaniya klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği yer alıb. Bu məbləği ödəyən klub 24 yaşlı ön xətt oyunçusunu heyətinə qata bilər.
Qeyd edək ki, "Betis" Abdessamad Ezzalzulini 2023-cü ilin yayında "Barselona"dan transfer edib. Mərakeş millisinin üzvü cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 4 qol vurub.
saytlarin hazirlanmasi
