"Lill" türkiyəli qapıçı ilə danışıqlara başladı

13:32 - 24 Oktyabr 2026

"Qalatasaray"la müqaviləsi növsümün sonunda başa çatan Jankat Yılmaz karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Türkiyə U-21 millisinin üzvü İstanbul nəhənginin yeni sözləşmə təklifini qəbul etməyib. Fransa təmsilçisi bunu nəzərə alaraq 22 yaşlı qolkiperlə danışıqlara başlayıb.

Qeyd edək ki, Jankat Yılmaz "Qalatasaray"ın yetirməsidir. O, cari mövsümdə "sarrı-qırmızılar"ın heyətində 1 rəsmi matçda meydana çıxıb və qapısında 2 qol görüb.

Xəbər xətti