Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Ümit Akdağ sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçunun sağ əlində sınıq aşkarlanıb. O, Super Liqanın IX turunun sabah "Başakşehir"lə keçiriləcək oyununda iştirak etməyəcək.
Qeyd edək ki, "Beşiktaş" Ümit Akdağı mövsümün əvvəlində "Alanyaspor"dan 7 milyon avroya transfer edib. Rumıniya U-21 millisinin üzvü İstanbul təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
