Lionel Messi “Qızıl top” mükafatının ilk 10-luğuna düşən ən yaşlı futbolçular arasında ikinci yeri tutub.
Sportal.az xəbər verir ki, 2026-cı ildə “İnter Mayami”nin hücumçusu 39 yaş 4 aylığında səsvermənin nəticələrinə əsasən ilk 10-luğa daxil olub.
Bu uğura daha böyük yaşda yalnız Canluici Buffon imza atıb. 2017-ci ildə “Yuventus”un və İtaliya millisinin sabiq qapıçısı 39 yaş 10 aylığında “Qızıl top” mükafatının ilk 10-luğunda yer alıb.
2026-cı ilin “Qızıl top” mükafatının qalibi bu gün Londonda keçiriləcək təqdimetmə mərasimində açıqlanacaq.
saytlarin hazirlanmasi
