"Barselona"nın müdafiəçisi Joao Kanselo İspaniya La Liqasının 10-cu turunda "Real" 1:2 hesabı ilə məğlub olması ilə danışıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu "Real"ın gücündən bəhs edib:
"Fikrimcə, biz daha yaxşı görünürdük. Amma bu, "Real"dır. Onlar da yetərincə qol imkanları yaradır və bundan istifadə edirlər. Ümumilikdə, biz daha yaxşı idik. İndi düzgün reaksiya verməliyik. Qarşıda “Alaves”lə oyunumuz var".
İspaniya La Liqasında 10 oyundan sonra "Barselona" 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla üçüncü pillədədir.
