"Turnir cədvəlində təhlükəli vəziyyətdə olmamaq istəyiriksə, oyunumuzu yaxşılaşdırmalıyıq" - "Qəbələ"nin legioneri

16:22 - 25 Oktyabr 2026

"Qəbələ"nin yarımmüdafiəçisi Xayme Sierra Sportal.az saytına müsahibə verib.

- “Qəbələ" "Araz-Naxçıvan"la oyunda qalib gəldi. Bu matçdakı performansınızı necə qiymətləndirirsiniz?

- Ən vacib olan 3 xal idi. Amma bir çox planda, xüsusən də topa sahib olmaq baxımından hələ də inkişaf etməliyik. Bu yöndə də işləyirik.

- Oyununuzu yaxşılaşdırdığınızı düşünürsən? 

- Düşünürəm ki, prossesin içindəyik. Bir ay əvvəl 5 müdafiəçi ilə oynayırdıq, indi isə 4 müdafiəçi ilə oynayırıq və baş məşqçimiz də fərqlidir. Düşünürəm ki, bu, çox dəyişiklikdir və hər şey vaxt tələb edir. Amma çox xal qazanmaq və turnir cədvəlində təhlükəli vəziyyətdə olmamaq istəyiriksə, oyunumuzu yaxşılaşdırmalıyıq.

- “Qəbələ” hazırda 10-cu pillədədir. Bu vəziyyət sizi razı salır?

- Əlbəttə ki, yox. Keçən il, "Qəbələ"nin bir ildən sonra Premyer Liqada ilk ili olduğunu nəzərə alsaq, normal qarşılana bilərdi. Amma bu ikinci il turnir cədvəlində fərqli bir mövqedə olacağımızı gözləyirdim. Lakin nəticə etibarilə, hazırda reallıq budur və biz bunu dəyişdirməyə çalışmalıyıq.

- Növbəti matçda "Qarabağ"la qarşılaşacaqsınız. Bu görüşdə xal qazanacağınıza inanırsan?

- Çətin olacaq, amma biz evdə oynayırıq və çalışmalıyıq, cəsarətli olmalıyıq və sonra matçın necə keçəcəyini görəcəyik...

- Görünür, "Qarabağ" bu mövsüm o qədər də güclü deyil? Ötən mövsüm onlar daha güclü görünürdülər?

- "Qarabağ" həmişə güclü komandadır və biz onlara layiq olduqları kimi hörmət etməliyik. Yaxşı nəticə əldə etmək şansı istəyiriksə, qüsursuz bir oyun oynamalıyıq.

Mirbağırağa
 

Xəbər xətti