FİFA prezidenti "Sabah" - "Qarabağ" matçından yazdı - FOTOLAR

10:34 - 26 Oktyabr 2026

FİFA prezidenti Canni İnfantino Misli Premyer Liqasının 9-cu turunun "Sabah" - "Qarabağ" (0:0) görüşünü izlədikdən sonra bu haqda yazıb.

Sportal.az xəbər verir ki, İnfantino sosial şəbəkədə bununla bağlı paylaşım edib: 

"Bakıda Azərbaycan futbolunun möhtəşəm  bayramı keçirildi: "Sabah" və "Qarabağ" gərgin keçən oyunda xalları bölüşdülər. Bu günü Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Süleymane Həsən Vaberi, FİFA Şurasının üzvləri Coanna Vud və Rodolfo Villalobosa, "Sabah"ın prezidenti Maqsud Adıgezalov və digər hörmətli qonaqlarla bölüşməkdən məmnun oldum.

Hər iki kluba və bütün azarkeşlərə belə gözəl atmosfer yaratdıqlarına görə təşəkkür edirəm - bu, futbolun insanları necə birləşdirdiyini və sevinc gətirdiyini bir daha sübut edir”.
Oyundan sonra Maqsud Adıgözəlov İnfantinoya 26 nömrəli "Sabah" formasını da hədiyyə edib.

Xəbər xətti