Millimizin müdafiəçisi matçın sonlarına yaxın meydana daxil oldu

22:44 - 25 Oktyabr 2026

Türkiyə I Liqasında 12-ci turun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi “Bursaspor” səfərdə “Keçiörengücü” klubunu 4:2 hesabı ilə məğlub edib. Bayramov qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub.

Hazırda “Bursaspor” 28 xalla turnir cədvəlinə liderlik edir.

Xəbər xətti