"Kəpəz" klubunun rəsmi fan-shopu - 1959 Store fəaliyyətə başlayıb.
Sportal.az xəbər verir ki, bu barədə Gəncə klubunun rəsmi saytı məlumat verib:
"Klubumuza aid rəsmi azarkeş atributları və aksesuarlarının satışını həyata keçirən mağaza "Kəpəz"sevərlərin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə ərsəyə gəlib. Fan-shopda həm uşaqlar, həm də böyüklər üçün xüsusi dizaynlı formalar, oyun formaları, nostalji formalar, şərflər və digər aksesuarlar satılır.
Ünvan: Gəncə şəhər stadionunun mərkəzi girişi
İş qrafiki: hər gün saat 11:00-19:00 ("Kəpəz"in ev oyunlarında mağaza matçın sonunadək işləyir, səfər qarşılaşmalarında isə istirahət günüdür)".

