"Zirə" Rəşad Sadıqovun rəhbərliyi dövründə 250-ci oyununa çıxdı

12:34 - 26 Oktyabr 2026

Misli Premyer Liqasının IX turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb.

“Qartallar” “Sumqayıt”la ev matçında 3:2 hesabı ilə qalib gəlib.

2020-ci ilin iyulundan “Zirə”ni çalışdıran Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb.

Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i ölkə kuboku, 16-sı avrokubok matçı olub.

Qeyd edək ki, baş məşqçinin debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın “Qəbələ” ilə səfər matçında (1:1) gerçəkləşib.

Xəbər xətti