Ronaldo Portuqaliya millisinin ilkin heyətinə dəvət olundu - Jesusla barışdılar?

22:32 - 26 Oktyabr 2026

Kriştiano Ronaldo Portuqaliya millisinin ilkin heyətinə dəvət olunub.

Sportal.az xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb. Onun klub yoldaşları Joau Feliks və Samu Koştanın da milliyə qoşulacağı gözlənilir.

Noyabr ayında keçiriləcək təlim-məşq toplanışı çərçivəsində Jorje Jesusun rəhbərlik etdiyi Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsində Uels və Danimarka yığmaları ilə qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl 41 yaşlı “Əl-Nəsr” hücumçusu Kriştiano Ronaldo baş məşqçi Jesusun onu Norveçə qarşı keçirilən UEFA Millətlər Liqası matçında (2:1) meydana buraxmamasından sonra millinin düşərgəsini özbaşına tərk etmişdi.

Xəbər xətti