Moldovanın "Zimbru" klubu keçmiş oyunçusu Donni van İperenin işi üzrə İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından sonra fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzə qalıb. Klub rəsmi şəkildə bəyan edib ki, məhkəmə qərarının icrası onun gələcək mövcudluğunu təhlükə altına ata bilər.
Sportal.az xəbər verir ki, qərar 6 oktyabr 2026-cı il tarixində qəbul edilib. Mübahisə niderlandlı futbolçunun 6 avqust 2022-ci ildə aldığı ağır zədə, həmçinin klubun oyunçu qarşısındakı öhdəliklərini yerinə yetirməsi ilə bağlı olub.
CAS-ın qərarına əsasən, ödənişlərin ümumi məbləği bir milyon avrodan çoxdur. Bu məbləğə itirilmiş qazanc və əmək qabiliyyətinə görə kompensasiya, tibbi xərclərin qarşılanması və mənəvi zərərin ödənilməsi daxildir.
"Zimbru"da vurğulayıblar ki, Moldova futbolunun iqtisadi imkanları nəzərə alındıqda, bu cür maliyyə tələbləri son dərəcə ciddi bir sınaqdır. Klub rəhbərliyi fəaliyyətin dayandırılması ssenarisini nəzərdən keçirir.
saytlarin hazirlanmasi
