"Barselona"nın müdafiəçisi "Sabah"a qarşı oynamayacaq

17:25 - 26 Oktyabr 2026

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Xavi Espart sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu La Liqanın X turunun "Real"la matçında (1:2) sağ ayağının topuğundan zədələnib. Espart təxminən 7 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Gənc sağ cinah müdafiəçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunun "Sabah"la oyununda iştirak etməyəcək. Qarşılaşma noyabrın 25-də baş tutacaq.

Qeyd edək ki, Xavi Espart "Barselona"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti