FIFA prezidenti Hövsan Yarış Kompleksini ziyarət etdi - FOTO

20:22 - 26 Oktyabr 2026

Oktyabrın 26-da Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmalarda Azərbaycan millisi əvvəlcə İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, günün sonunda millimiz Haiti yığması ilə qarşılaşıb. Görüş Haiti millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin gün ərzində keçirdiyi hər iki qarşılaşmanı izləyib. O, həmçinin milli komandanın üzvləri ilə görüşərək futbolçularla səmimi söhbət edib.

Gün ərzində FIFA prezidenti Canni İnfantino da Hövsan Yarış Kompleksini ziyarət edib. FIFA prezidenti müxtəlif qarşılaşmaları izləyib, yarış meydançalarında olub, futbolçular və turnirin təşkilində çalışan əməkdaşlarla söhbət edib.

FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 çərçivəsində qarşılaşmalar növbəti oyun günlərində də davam edəcək.


Xəbər xətti