Vinisius Junior “Qızıl top” mükafatının yekun reytinqində şəxsi antirekordunu yeniləyib.
Sportal.az xəbər verir ki, 2026-cı ildə “Real"ın cinah hücumçusu səsvermədə 17-ci yeri tutub. Ötən il isə braziliyalı futbolçu 16-cı olmuşdu.
2024-cü ildə Vinisius yalnız Rodriyə uduzaraq 2-ci yeri tutmuşdu. O, 2023-cü ildə 6-cı, 2022-ci ildə isə 8-ci pillədə qərarlaşmışdı.
Bundan əvvəl Braziliya millisinin futbolçusu “Qızıl top” mükafatına namizəd olan 30 oyunçunun siyahısına düşməmişdi.
saytlarin hazirlanmasi
