İspaniyalı mütəxəssis ilin ən yaxşı baş məşqçisi seçildi

01:27 - 27 Oktyabr 2026

Luis de la Fuente “France Football” nəşri tərəfindən ilin ən yaxşı baş məşqçisi seçilib.

Sportal.az xəbər verir ki, İspaniya millisinin baş məşqçisi “Qızıl top” mükafatının təqdimetmə mərasimində bu mükafata layiq görülüb.

O, səsvermədə Mikel Artetanı (“Arsenal”), Unai Emerini (“Aston Villa”), Vensan Kompanini (“Bavariya”) və Luis Enrikeni (PSJ) geridə qoyub.

Bu il İspaniya millisi Luis de la Fuentenin rəhbərliyi altında dünya çempionu olub.

Xəbər xətti