PSJ ilin ən yaxşı klubu seçildi

02:07 - 27 Oktyabr 2026

PSJ “France Football” nəşri tərəfindən mövsümün ən yaxşı klubu seçilib.

Sportal.az xəbər verir ki, mükafat Londonda keçirilən “Qızıl top”un təqdimetmə mərasimində verilib. Bu ada digər namizədlər arasında “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Budyo-Qlimt” (Norveç) və “Flamenqo” (Braziliya) da yer alıb.

Qeyd edək ki, ötən mövsüm Paris təmsilçisi Fransa çempionluğunu, Fransa Superkubokunu, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

Xəbər xətti